Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda kənddaxili yol və körpü əsaslı təmir olunub

22 dekabr 2016 | 16:00

Balakən rayonunun Mahamalar  kəndini Salban yaşayış məntəqəsi ilə birləşdirən yerli əhəmiyyətli avtomobil yolu və yolun üzərindəki körpü əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib.
Rayonun daxili imkanları hesabına aparılan təmir-tikinti işləri zamanı 3,6 kilometr uzunluğunda yolun kəndin içərisindən keçən 2,1 kilometrlik hissəsi əsaslı təmir olunub, yola yeni asfalt örtüyü döşənib. Yolun qalan hissəsində isə cari təmir işləri aparılıb. Eyni zamanda, Balakən çayı üzərindəki 70 metr uzunluğunda körpü də əsaslı təmir olunub.
Bu münasibətlə keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, rayon əhalisinin sosial problemlərinin həlli, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Kənd sakinləri Səadət Xəlilova və Ömər Cirinqov çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində gerçəkləşdirilən belə dəyərli bayram hədiyyələrinə görə sakinlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər