Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekununa dair hesabat yığıncağı keçirilib.
26 yanvar 2017-ci il tarixdə qrafikə uyğun olaraq Balakən rayon İcra Hakimiyyəti Başçısı İslam Rzayevin iştirakı ilə Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekununa dair hesabat yığıncağı keçirilib. Hesabatda rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, əlaqədar idarə və təşkilatlar, rayonun təsərrüfat xidmətlərinin rəhbərləri və şəhər sakinləri iştirak edib.
Hesabat yığıncağını giriş sözü ilə açan Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevin dövlət qurumları və yerli icra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat verib. İslam Rzayev gələcəkdə Balakən şəhərin daha da abadlaşdırılması, burada sakinlər üçün hər cür şəraitin yaradılması üçün görüləcək işlərdən danışıb.
Balakən rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və şəhər bələdiyyəsinin hesabat məruzəsi dinlənildikdən sonra şəhər sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tərəfindən bir sıra müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.