Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı tədbirlər keçirilmişdir.

13 dekabr 2012 | 16:00

05-12 dekabr 2012-ci il tarixlərdə keçiriləcək tədbirlərin iş planları tərtib edilmiş, həyata keçiriləcək tədbirlərlə bağlı madi-məsul şəxslər təyin olunmuşdur.
05 dekabr 2012-ci il tarixdə Heydər Əliyev Mərkəzində yaradılmış tədqiqat qrupunun üzvləri tərəfindən “Heydər Əliyev qüdrətli lider, görkəmli xadim” və “Biz xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi liderimiz var” mövzularında mühazirələr keçirilmişdir.
07 dekabr 2012-ci il tarixdə ümummilli liderə həsr olunmuş “Tarix səni qocaltdı yaşıdı olsun deyə” mövzusunda bədii-qiraət gecəsi təşkil olunmuş, mədəniyyət evləri və klub işçiləri, eləcə də həvəskar şer ifaçılarının iştirakı ilə Heydər Əliyevə həsr olunmuş şerlərin ən gözəl ifaçısı müsabiqəsi təşkil olunmuşdur. Münsiflər heyəti qalibləri mükafatlandırılmışlar.
10 dekabr tarixində Mərkəzi Kitabxana və onun filiallarının iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycanın sönməz günəşi” mövzusunda dəyirmi masa keçirilmişdir.
11 dekabr tarixində Gənclər İdman İdarəsi tərəfindən Ulu öndərin anım günü münasibətilə şahmat üzrə rayon birinciliyi keçirilmiş, yarış qalibləri mükafatlandırılmışdır.
11 dekabr 2012-ci il tarixdə RİH və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda rayon ictimaiyyətinin iştirakı ilə geniş iclas keçirilmişdir. Tədbirdə “Tarix səni qocaltdı, yaşıdı olsun deyə” adlı qiraət gecəsinin qaliblərinin ifaları dinlənilmiş, sonda Ulu öndərin həyat və yaradıcılığına həsr edilmiş filmə baxış keçirilmişdir.
 

Keçidlər