Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Gənclər Günü qeyd edildi

02 fevral 2017 | 16:00

Rayon İcra Hakimiyyəti, YAP Balakən rayon təşkilatının və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "2 Fevral-Gənclər Günü" münasibəti ilə tədbir keçirilib. Rayon təşkilatının fəallarının, respublikanın ali məktəblərində təhsil alan gənclərin  iştirak etdiyi tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı  İslam Rzayev respublikada aparılan gənclər siyasəti, ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan geniş bəhs edib. Həmçinin, Balakən gənclərinin respublikanın ali məktəblərinə qəbulda əldə etdiyi uğurlardan, onların idman sahəsində qazandığı  nailiyyətlərdən bəhs olunub.
Görüşdə YAP Balakən rayon gənclər birliyinin sədri, rayon gənclər və idman idarəsinin baş  məsləhətçisi Sarxan Hacıyev məruzə ilə çıxış edərək, rayon gənclərinin gördüyü işlər, respublikanin ictimai-siyasi həyatında onların rolu, ölkə idmanında balakənli gənclərin təmsilçiliyi ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Eyni zamanda qeyd edilib ki, rayon gənclərin fəallığı və səyi nəticəsində Balakən rayonu 2017-ci ilin Azərbaycanın "Gənclər paytaxtı" seçilib.
Görüşdə rayon gənclər və idman idarəsinin aparıcı  məsləhətçisi Nurlan Şibliyev, fəal gənclər Samirə Qasımova, Nilufər Paçalova və Murad Bicilov çıxış ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup balakənli gəncə qiymətli hədiyyələr təqdim edilib.

Keçidlər