Balakəndə kiçik və orta sahibkarlığın inkişafı diqqət mərkəzindədir.
18 fevral 2017 | 16:00
18 fevral 2017-ci il tarixdə ARDNŞ-nin prezidenti cənab Rövnəq Abdullayevin, ASAN xidmətin sədri cənab İnam Kərimovun və Cənubi Koreya Respublikasının səfiri cənab Kim Çanq-Qyunun və rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayevin iştirakı ilə rayona gətirilmiş süd məhsullarının emalı konteynerinə və ABAD Mərkəzin inzibati binası üçün tikiləcək plana baxış keçirilmişdir.
Eyni zamanda SOCAR-ın dəstəyi ilə quraşdırılmış meyvə qurutma kamerasına və yeni tikiləcək Bayraq Muzeyinin planı ilə tanışlıq olmuşdur.