Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda əhalinin tibbi müayinə tədbirlərinə başlanılıb

17 fevral 2017 | 16:00

Ölkə başçısının tapşırığına uyğun olaraq 2017-cı il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Balakən rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Bununla əlaqədar Balakən rayon İcra Hakimiyyəti tərəfindən  aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb,  həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub.
Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələri hazırlıq vəziyyətinə gətirilərək müvafiq şərait yaradılıb. Əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün hazırlıq işləri aparılıb, tibb müəssisələri lazımi dərman preparatları ilə təchiz olunub,  burada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.

Keçidlər