Balakəndə yol işçilərinin peşə bayramı qeyd olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu münasibətlə keçirilən tədbirdə toplantı iştirakçıları öncə ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra yol işçiləri ilə görüşən Balakən rayon İcra Hakimiyyyətinin başçısı İslam Rzayev yol işçilərini təbrik edib, onlara əməli fəaliyyətində uğurlar arzulayıb. İslam Rzayev qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ölkəmizin bütün regionlarında, o cümlədən Balakən rayonunda bu sahədə kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır.
Sonda Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Rüstəm Paşayevə səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı təqdim olunub və xatirə şəkli çəkdirilib.