Balakən rayonunda növbəti kənd təsərrüfatı müşavirəsi keçirilib.
11 aprel 2017-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin iclas zalında kənd təsərrüfatı müşavirəsi keçirilib.
Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, “İntertabacco” MMC-nin rəhbəri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyələr, fermer və sahibkarların iştirak etdiyi müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev möhtərəm Prezident İlham Əliyevin göstərişinə əsasən ölkəmizdə qeyri-neft sektorunun inkişafı eləcə də, Balakən rayonunda kənd təsərrüfatı sahəsində görülmüş işlərdən və əldə olunan nəticələrdən söhbət açıb. Bildirilib ki,yola saldığımız 2016-cı ildə son 20 ildə ilk dəfə rayonda tütün bitkisinin becərilməsinə və ipəkqurdu bəslənməsinə başlanılıb. 501 ha sahədə tütün əkilib və 1149,3 ton yaş, 96,3 ton quru tütün istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib.
Cari ildə ənənəyə uyğun olaraq 520 ha sahədə (242 ha Virciniya növ, 270 ha yerli immuniy növ, 8 ha Berley növ tütün) tütün əkiləcəyi planlaşdırıldığını bildirən İ.Rzayev artıq tütün şitillərinin sahəyə köçürülməsinə başlandığını qeyd edib. İ.Rzayev həmçinin 2016-cı il ərzində baramaçılığın inkişaf etdirilməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün ardıcıl işlərin aparıldığını, görülmüş işlər özünün müsbət səmərəsini verdiyini qeyd edərək 3,2 ton barama istehsal olunduğu, cari ildə 15 tona yaxın barama istehsalının hədəf kimi qarşıya qoyulduğunu vurğulayıb. Baramaçılığın daha da inkişaf etdirilməsi və onun yem bazasının yaxşılaşdırılması üçün yazda 2016-cı il ərzində 100 min ədəd tut tinglərinin rayonun bütün kəndlərində əkilməsinin təşkil olunduğu, bu tinglərdən 76 min ədədi Çin Xalq Respublikasından gətirildiyi qeyd olunub.
Eyni zamanda RİH-nin başçısı İslam Rzayev fındıqçılığın inkişaf etdirilməsi məqsədilə 5 min ha sahədə yeni fındıq bağlarının salınmasının planlaşdırıldığını, 2016-cı ildə 1602,2 ha, cari ildə isə 662 ha sahədə yeni fındıq bağlarının salındığını qeyd edib.
Tədbirdə çıxış edən “İntertabacco” MMC-nin rəhbəri Fazil Rüstəmov tütünçülük sahəsində Balakən rayonunun qədimdəmdən ənənələrinin olduğunu və bu ənənənin bu gün cənab Prezidentin tapşırığına əsasən inkişaf etdirilməsindən söhbət açdı. Natiq regionun digər rayonları kimi tütünçülüyün inkişafı sahəsində Balakən rayonunda da əməli işlərin görüldüyünü və nəticələrin əldə olduğu vurğulayraq, gələcəkdə tədarük məntəqəsinin açılması planlaşdırıldığı qeyd edib.
Sonda tütün bitkisinin bəslənməsi və satışı ilə əlaqədar suallara cavab verilmişdir.
Müşavirə yekunlaşdıqdan sonra rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və qonaqlar rayonun Talalar, Meşəşambul və Püştətala kəndlərində tütün şitillərinin sahəyə köçürülməsi prosesinə baxış keçiriblər.