Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Balakən rayon təşkilatının XI konfransı keçirilib

13 aprel 2017 | 16:00

13 aprel 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının XI konfransı keçirilib. Konfransda RİH-nin başçısı İslam Rzayev, Millət vəkilləri Nəsib Məhəməliyev və Kamilə Əliyeva, “İki Sahil” qəzetinin baş redaktoru –Şura üzvü-Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının əməkdaşı Emil Abasov və partiya fəalları iştirak ediblər.
Konfransda hesabat məruzəsi ilə çıxış edən təşkilatın sədri Azad Balayev bildirib ki, Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatı ötən dövrdə böyük inkişaf yolu keçib. Rayon təşkilatı ictimaiyyətin ən qabaqcıl təbəqəsini öz ətrafında birləşdirərək ictimai-siyasi proseslərdə, keçirilmiş bütün siyasi kompaniyalarda fəallıq nümayiş etdirib və mühüm nailiyyətlərə imza atıb. 1993-cü ildə təsis olunmuş Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının on konfransı keçirilib. X konfransdan ötən müddətdə rayon təşkilatı ölkəmizin və rayonun ümumi inkişaf tempi ilə uyğunlaşmağa çalışıb, öz işində partiyanın Nizamnamə və Proqram tələblərinin, qurultayların, partiya rəhbərliyinin qərarlarının, sərəncamlarının və tapşırıqlarının həyata keçirilməsi istiqamətində ciddi fəaliyyət göstərib.  Hər bir ərazi ilk təşkilatında hesabat yığıncaqları keçirilmiş və görülmüş işlərə obyektiv qiymət verilib. Rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Qadınlar Şurası” və “Gənclər birliyi” ictimai təşkilatlarının fəaliyyətinə daim diqqət yetirilib, onlara işlərini günün tələbləri səviyyəsində qurmaları üçün lazımi köməklik göstərilib.
YAP-ın əsas inkişaf istiqamətlərindən biri partiyaya yeni üzvlərin qəbul edilməsidir. YAP Balakən rayon təşkilatı bu gün 70 ərazi ilk təşkilatı və beş min nəfərdən artıq partiya üzvünü öz ətrafında birləşdirir. X konfransdan ötən dövr ərzində minə yaxın siyasi həmfikir partiya sıralarına üzv qəbul edilib. 
Daha sonra YAP Balakən rayon təşkilatı “Qadınlar Şurası”nın, “Gənclər Birliyi”nin hesabatları dinlənilib.
Konfransda çıxış edən RİH-nin başçısı İslam Rzayev YAP Balakən rayon təşkilatının fəaliyyətini qənaətbəxş hesab etdiyini bildirib. Qeyd olunub ki, şərəfli yol keçmiş Balakən YAP-çıları ulu öndər Heydər Əliyevin ideyalarının davamçıları olmaqla hər zaman rayonun ictimai-siyasi həyatında daim öz fəallıqları ilə seçilirlər. Rayon İcra Hakimiyyəti ilə  fəal əməkdaşlıq edir və  rayonda həyata keçirilən bütün tədbirlərdə fəal iştirak edirlər. Rayonunun əldə etdiyi bütün uğurlarda və nailiyyətlərdə Balakən YAP-çıları hər zaman ön sıralarda yer alıblar.
Rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib. Azad Balayev yenidən Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri, 39 nəfərdən ibarət şura  və idarə heyəti seçilib.

Keçidlər