Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd edilmişdir

30 dekabr 2012 | 16:00

27.12.2012-ci il tarixdən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkının qarşısında bəzədilmiş Yeni il yolkası ətrafında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına həsr edilmiş tədbirlərin keçirilməsi təmin olunmuşdur.
Tədbirlərdə iştirak edən məktəblilərin ifasında Dünya Azərbaycanlılarının Həmrəyliyi ilə bağlı, eləcə də Yeni ilin gəlişini tərənnüm edən şer və kompozisiyalar dinlənilmişdir. Tədbir uşaq və gənclərin şən mahnı və rəqsləri ilə yekunlaşmışdır. Yeni il şənliyinin atributları olan Şaxta baba və Qar qız iştirakçıları yeni 2013-cü ilin gəlişi münasibəti ilə təbrik etmişdir.
29 dekabr 2012-ci il tarixdə “Gənclər evi” ndə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramının qeyd olunması məqsədilə bədii-əyləncəli tədbir keçirilmişdir. Tədbirdə 2012-ci ildə uğur qazanmış idmançılar, müxtəlif müsabiqələrin qalibləri, rayonun fəal gəncləri eyni zamanda yaşlı nəslin nümayəndələri iştirak etmiş, müxtəlif təbriklər, müsabiqələr, viktorina və lotereya oyunları keçirilmiş və qaliblər mükafatlandırılmışdır. Bayram şənliyi daha sonra musiqili proqramla davam etdirilmişdir.
 

Keçidlər