Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 28 May-Respublika Günü ilə bağlı tədbir keçirildi

26 may 2017 | 16:00

Mayın 26-da Balakəndə 28 May - Respublika Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə məruzə ilə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev  Xalq Cümhuriyyətinin tarixi, cumhuriyyətin mövcud olduğu 23 ay ərzində qəbul olunan mühüm qərarlardan söz açıb. Müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycanı Cumhuriyyətinin dövlətçilik tariximizdə xüsusi yeri olduğunu və tariximizin bu mərhələsinə siyasi qiymətin də məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dövlət müstəqilliyimizin qorunmasını və əbədiliyini təmin edən Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətindən danışan rektor ölkəmizin bugünkü inkişafının və beynəlxalq miqyasda artan nüfuzunun Ümummilli liderin siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin siyasi fəaliyyəti, milli təəssübkeşliyi və qətiyyəti hesabına mümkün olduğunu vurğulayıb. Dağlıq Qarabağ münaqişəsi, düşmən ölkənin təxribatları barədə məlumat verən Asif Hacıyev Azərbaycan ordusunun qazandığı zəfərin respublikamızda aparılan, milli mənafelərə uyğun çoxşaxəli dövlətçilik siyasətinin nəticəsi oluğunu qeyd edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın Qarabağda dalğalanacağını əminliklə vurğulayıb.
Daha sonra 28 May-Respublika Günü ilə əlaqədar ədəbi-bədii kompozisiya nümayiş olunub. T.Bayramın, M.Arazın, B.Vahabzadənin məktəblilərin və mədəniyyət işçilərinin ifasında söylənilən şerləri və yerli incəsənət ustalarının ifa etdiyi mahnılar tamaşaçılarda xoş təəssürat yaradıb.

Keçidlər