Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təntənəli bayram şənliyi keçirilib

01 iyun 2017 | 16:00

Bu gün  1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Balakən rayon İnteqrasiya təlimli internat tipli gimnaziyada bayram şənliyi təşkil olunub.
Tədbirdə   RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova, Rayon Təhsil Şöbəsinin müdiri Vahid Əliyev, təhsil və mədəniyyət işçiləri, rayonun uşaq bağçalarının kollektivləri öz körpə fidanları ilə iştirak edirdilər.
Bağça uşaqlarının ifasında təqdim olunan  mahnı və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Həmçinin rayon mərkəzi xəstəxanasında rayon İcra Hakimiyyəti,  rayon Qeydiyyat İdarəsi ilə birlikdə 1 iyun–Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə yeni anadan olmuş uşaqların valideynlərinə doğum haqqında şəhadətnamənin təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib.Yeni doğulmuşların valideynlərinin qatıldığı təqdimat mərasimində yeni anadan olmuş 46 nəfər uşağın valideynlərinə təntənəli surətdə doğum haqqında şəhadətnamələr təqdim olunub.

Keçidlər