Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət” avtobusunun növbəti dayanacağı Balakən rayonudur

05 iyun 2017 | 16:00

“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu iyunun 5-dən başlayaraq Balakən rayonunda sakinlərə səyyar formada xidmət göstərir. Bu xidmətdən ətraf rayonların sakinləri də yararlana biləcəklər.
Əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Balakən rayon Mədəniyyət Mərkəzinin həyətində xüsusi yer ayrılıb. Burada vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, sənədlərini təqdim edir, növbəyə yazılırlar. Növbələri çatdıqda onlar avtobusa daxil olur, müraciətlərini edirlər.
Xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Göstərilən xidmətlərin dairəsi genişdir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və digər xidmətlər daxildir.
Səyyar “ASAN xidmət” Balakəndə sakinlərə iyulun 4-dək xidmət göstərəcək.

 

Keçidlər