Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunun orta məktəblərində son zəng sevinci yaşanıb

14 iyun 2017 | 16:00

İyun ayının 14-də respublikamızın hər yerində olduğu kimi Balakən rayonunda fəaliyyət göstərən orta məktəblərdə də son zənglə əlaqədar tədbirlər keçirilib. Rayonun Katex kənd 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev iştirak edib.

Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək müstəqil həyata ilk addımlarını atan məzunları təbrik edib, onlara ən xoş arzularını bildirib. Müstəqil Azərbaycanda – təhsilin dövlət qayğısı ilə əhatə olunduğu bir ölkədə yaşamağın və təhsil almağın xoşbəxtlik olduğunu qeyd edən İslam Rzayev hər bir vətəndaşın elmi biliklər əldə etməsi üçün ölkəmizdə dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını diqqətə çatdırıb. İlbəil təhsilin inkişafına artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar, qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə çağdaş təlim metodlarının tətbiqinin bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaratdığını deyən icra başçısı millətin gələcəyi olan təhsilin Azərbaycan Prezidentinin xüsusi diqqət göstərdiyi sahə olduğunu vurğulayıb. İslam Rzayev məzunlara müstəqil həyatda və gələcək fəaliyyətlərində uğurlar diləyib, Azərbaycanımızın, dövlətimizin adını daim uca tutmağı arzulayıb.

Tədbirdə məktəblilərin hazırladıqları musiqi parçaları, rəqslər ifa edilib, bədii kompozisiyalar nümayiş olunub. 11-ci sinfi bitirənlər bilik rəmzi sayılan açarı 10-cu sinif şagirdlərinə təqdim ediblər. Nəhayət, son zəng səsləndirilib, bu anı sevinc və həyəcan dolu duyğularla gözləyən onbirincilər yeni və fərqli, eyni zamanda, daha məsuliyyətli bir həyata qədəm qoyublar.

Bu il ümumilikdə 782 şagird Balakən rayonunda məzun adını qazanıb. 

 

Keçidlər