Şriftin ölçüsü :

Saytın rəngi :

“Balakənin tarixi”

20 dekabr 2012 | 16:00

19 dekabr 2012-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnistitutu “Balakənin tarixi” başlığı altında Balakən rayonunda Heydər Əliyev Mərkəzində növbəti elmi şurasını səyyar şəkildə keçirmişdir.
Elmi şuranın iclasında AMEA-nın Tarix İnstitunun direktoru, millət vəkili Yaqub Mahmudov Balakənin tarixi ilə bağlı maraqlı məruzə ilə çıxış etmişdir. Bundan başqa, elmi şurada rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev, eləcə də elmi şura üzvlərinin çıxışı dinlənilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, tarix müəllimləri, kitabxana, tarix-diyarşünaslıq muzeyinin işçiləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnistitutu tərəfindən nəşr olunmuş 12 adda tarixi əsər kitabxanalara və iştirakçılara təqdim olunmuşdur.

Tədbirin sonunda “İrəvan xanlığının tarixi” adlı film nümayiş olunmuşdur.
 

Keçidlər