Şriftin ölçüsü :

Saytın rəngi :

QHT-lərə Dövlət Dəstəyi Şurası Balakəndə seminar keçirib

23 iyun 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Balakən rayonunda yerli QHT-lərin, fəal gənclərin, KİV-lərin, yerli icra strukturlarının, bələdiyyələrin, təhsil işçilərinin və rayon fəallarının iştirakı ilə “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliğində QHT-lərin rolu” mövzusunda seminar keçirib.
Tədbirdə giriş sözü ilə çıxış edən Balakən rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova  rayonda vətənpərvərliklə bağlı həyata keçirilən tədbirlərdən, gənclər klubunun fəaliyyətindən və ictimai problemlərin həllində QHT-lərin oynadığı rolun əhəmiyyətindən danışıb.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov seminarda geniş məruzə ilə çıxış edərək vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyinin əsas istiqamətləri, ölkə QHT-lərinin çoxşaxəli fəaliyyəti, vətənpərvərlik mövzusunda həyata keçirilən layihələr, azərbaycançılığın təbliğində region gənclərinin üzərinə düşən vəzifələr, milli-mənəvi dəyərlərin təbliği, ictimai problemlərə yeni yanaşma metodları haqqında ətraflı məlumat verib. F.Qurbanov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına göstərdiyi yüksək diqqət və qayğıdan, onların fəaliyyəti üçün yaratdığı hərtərəfli imkanlar haqqında danışıb. Məruzədə ölkə prezidentinin ordu quruculuğu, Azərbaycançılıq idiologiyası, multukultural dəyərlərin qorunması və təbliği, ölkəmizin hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl siyasət məsələlərinə geniş yer ayrılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş soydaşlarımızın xatirəsinə həsr olunmuş tədbirlər, şəhid ailələri və müharibə veteranları ilə bağlı layihələr, bu istiqamətdə ölkə daxilində və xarici ölkələrdə Şuranın həyata keçirdiyi tədbirlər barədə seminar iştirakçılarına geniş məlumat verilib.
Seminarda Şuranın dəstəyi ilə hazırlanmış “Şəhidliyə aparan yol” qısametrajlı bədii-sənədli film nümayiş etdirilib. Film tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər