Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 26 İyun-Silahlı Qüvvələr günü qeyd edildi

23 iyun 2017 | 16:00

        23 iyun 2017-ci il tarixdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr  Gününə   həsr olunmuş  tədbir keçirilib.
     Tədbiri giriş sözü ilə açan Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd etdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir.Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 İyun tarixi Azərbaycan Respublikası Sülahlı Qüvvələr günü elan edilmişdir.
Bu gün Respublikamızın hər bir guşəsində 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Bütün sahələrdə olduğu kimi ordumuzun günü-gündən möhkəmlənməsi istiqamətində də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ümummilli liderimiz Heydər Əliyevin siyasəti uğurla davam etdirilir.
      Tədbirdə  çıxış edən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin rəisi Fuad Canıyev qeyd etdi ki, hazırda Azərbaycan Ordusu regionun güclü ordularındadandır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu hazırda güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa qadirdir.
       Sonda rayon ümumtəhsil məktəblərinin “Şahin” hərbi idman oyunlarında iştirak edən komandalarının hərbi paradı təqdim olunub.

Keçidlər