Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə tütün qırımı davam etdirilir

06 iyul 2017 | 16:00

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən  Balakən rayonunda  kənd təsərrüfatının digər sahələri ilə bərabər tütünçülük sahəsinin də inkişafı diqqətdə saxlanılır. Cari ildə Balakən rayonunda 528 ha sahədə tütün əkilib.

Bu gün Balakəndə tütünçülüyün  inkişaf etdirilməsi əhalinin məşğulluğuna, işlə təminatına və maddi rifah halının yüksəldilməsinə öz müsbət təsirini göstərir.

Əhali ənənəyə uyğun olaraq  sahələrdən qırdıqları tütünü iməciliklər təşkil edərək böyük sevinclə ipə düzür.  Bu gün rayonun Qaysa kəndində təşkil olunan iməcilik böyük el şənliyinə çevrilib. Məhsul tədarükü və bolluğu insanlara bayram əhval –ruhiyyəsi yaşadıb.

 

Keçidlər