Şriftin ölçüsü :

Saytın rəngi :

Zəlzələ bölgəsində yeni fərdi evlər istifadəyə verilmişdir

01 yanvar 2013 | 16:00

Cari ilin mayında ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) və aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində, dekabrın 29-da Balakən rayonunun Katex kəndində də tikintisi başa çatmış fərdi evlər əhalinin istifadəsinə verilmişdir.
Balakən rayonunda zəlzələdən zərər çəkmiş əhali üçün 237 fərdi evin tikintisinə başlanmışdır. Onlardan 164-ü artıq istifadəyə verilmişdir.
Kənd sakinləri çıxış edərək baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri çox yüksək qiymətləndirmiş, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində belə dəyərli hədiyyələrə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra kəndin bir qrup sakininə yeni evlərin açarları təqdim olunmuşdur.
Həmin gün rayonun zəlzələdən zərər çəkmiş digər kəndlərində də ailələr yeni tikilmiş evlərə köçmüşlər.
 

Keçidlər