Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir gəncləri Gənclər Paytaxtı-2017 Balakəndə

12 iyul 2017 | 16:00

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin ən uğurlu istiqamətlərindən biri dövlət gənclər siyasətidir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev bu sahəyə xüsusi diqqət göstərməkdədir.
Dövlət gənclər siyasətinin regionlarda uğurla həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildən etibarən keçirilən “Gənclər Paytaxtı” layihəsini xüsusi qeyd etmək lazımdır. Bu layihə çərçivəsində Azərbaycanın bir neçə şəhər və rayonu Gənclər Paytaxtı seçilmişdir. 2016-cı ildə Şəmkir rayonunun Gənclər Paytaxtı seçilməsi region gənclərinin inkişafında, onların intellektual səviyyəsinin artırılmasında mühüm rol oynamışdır.
2017-ci ildə Azərbaycanın Gənclər Paytaxtı Balakən rayonu seçilmişdir. Balakən Gənclər Paytaxtı-2017 layihəsi çərçivəsində 12 iyul tarixində Şəmkir rayonundan olan bir qrup fəal gənc rayon İcra Hakimiyyətinin Başçılarının  təşəbbüsü ilə Balakən rayonuna səfər etmişdir. Səfər çərçivəsində gənclər Balakən rayonunun Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Balakən rayon İcra Hakimiyyəti Başçısı Aparatı, ABAD (Ailə Biznesinə Asan Dəstək) layihəsi və rayonda kənd təsərrüfatı ilə bağlı yaradılmış müxtəlif sosial layihələrlə yaxından tanış olmuşlar.

Keçidlər