Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda qız övladlarının dəyərinin təbliği

17 avqust 2017 | 16:00

     “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində Balakən rayonunda təlimlər keçirilib.
    16-17 avqust 2017-ci il tarixlərində Balakən rayon “Gənclər Evi”ndə BMT-nin Əhali Fondunun, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirdiyi “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlər keçirilib.
   “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı layihənin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn təmamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.
   40 nəfərin iştirak etdiyi, iki gün davam edən təlimlər zamanı “Gözləntilərin müəyyən olunması”, “Zorakılıq və ayrı seçkilik”, “Gender rollarını araşdırmaq”, “Ailədəki iş bölgüsü”, “Qız uşaqlarının əhəmiyyəti”, “Selektiv abort qərarına təsir edən amillər”, “Selektiv abortlar ilə bağlı mövcud rəqəmlər və durum barədə məlumat”, “Dölün (ana bətnində cinsiyyəti məlum olmuş uşaq) cinsi əsasında aparılan abortlar” kimi məsələlərə toxunularaq auditoriyaya geniş məlumatlar verilib.

Keçidlər