Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə tütün tədarükü davam edir.

23 avqust 2017 | 16:00

    Aqrar sektorun ən perspektivli sahələrindən olan tütünçülüyün inkişafı üçün Balakən rayonunda əməli işlər görülmüşdür. Cari ildə tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı tütün əkiləcək torpaq sahələri və istehsalçılar müəyyən edilmiş, şitil ehtiyatının yaradılması üçün istixanalar hazırlanmış, həmçinin, emal müəssisələri olan “İntertabacco” MMC və “İlham” MMC ilə müqavilələrin bağlanması təmin edilmişdir. 241 ha sahədə Virciniya, 8 ha sahədə Berley  və 279 ha sahədə isə İtiyarpaq növ olmaqla  cəmi 528 ha sahədə tütün əkilmişdir. Tütün əkilmiş sahələrin becərilməsi, suvarılması, istehsalçıların texnikaya, mineral gübrələrə olan  tələbatının ödənilməsi, həmçinin,  sahələrdə bitki xəstəliklərinə və zərərvericilərə qarşı  mübarizə aparılması üçün tədbirlər görülmüşdür. 
    Artıq təsərrüfatçılar sahələrdə tütün qırımına başlamışlar. 23.08.2017-ci il tarixə  23.59 ton quru tütün (yerli  itiyarpaq) və 598.986 ton yaş tütün (virciniya tütün növü) tədarük məntəqəsinə təhvil verilmişdir. Bu ənənəvi sahənin son iki ildə inkişafına təkan verildiyi üçün rayon camaatı çox sevinmişdir.

Keçidlər