Şriftin ölçüsü :

Saytın rəngi :

“Mənim ailəm” beynəlxalq gənclər festivalı başa çatıb.

31 avqust 2017 | 16:00

   Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mənim ailəm” beynəlxalq gənclər festivalı başa çatıb. 29-30 avqust tarixində keçirilən festivalda ailələr müxtəlif istiqamətlər üzrə yaradıcılıq oyunlarında iştirak ediblər.
   Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən “Şən startlar” idman müsabiqəsində Qırğızıstandan olan İbrahimovlar ailəsi I, Azərbaycandan Mamedovlar ailəsi II və Kazaxıstandan  Jakimbayevlər ailəsi isə III yerin qalibi olub.
   “Xəmsə” Milli İntellektual oyununda isə I yeri Qırğızıstandan olan İbraqimovlar ailəsi, II yeri Belarusyadan Kapıtkovlar, III yeri isə Azərbaycandan Şoranovlar ailəsi tutub.
   Ailələr arasında kulinariya (salat hazırlama üzrə)  müsabiqəsində I yerə Belarusyadan Kapıtkovlar ailəsi, II yerə Azərbaycandan olan Hüseynovlar ailəsi, III yerə isə Özbəkistandan Bulatoviçlər ailəsi  layiq görülüb.
   Qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və sertifikatla mükafatlandırılıb, bütün ailələrə Balakən rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

Keçidlər