Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonununda “Bilik günü” yeni məktəb açılışları ilə qeyd edildi.

15 sentyabr 2017 | 16:00

   Azərbaycanın hər bir guşəsində böyük bayram sevinci və yüksək əhvali-ruhiyyə ilə qeyd edilən “Bilik günü” münasibətilə Balakən rayonunda da ənənəvi tədbirlər keçirilib. Yeni dərs ilinin açılış mərasimlərində Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
    Bu il “Bilik günü” artıq ənənə halın alan yeni məktəb binalarının açılışı ilə yadda qaldı. Rayonun Sarıbulaq  və Salban kənd ibtidai məktəblərinin modul tipli yeni binalarının açılışı oldu. Açılış mərasimində çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirdi. Məhz bu gündə təhsil sahəsinin möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı ilə yanaşdığı sahələrdən biri olduğunu qeyd etdi.
   Ölkəmizdə müasir standartlara cavab verən ümumtəhsil ocaqları tikilib, bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət edir. İslam Rzayev vurğuladı ki, respublikamızın hər yerində olduğu kimi Balakən rayonunda da təhsil son illər yüksələn xətt üzrə inkişaf edir və hər il əldə etdiyi uğurlarla diqqəti cəlb edir. Rayonumuzda yeni istifadəyə verilən  və əsaslı təmir olunan məktəb binaları  təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdəndir. Son illər Balakəndə 32 yeni məktəb binası inşa edilib, 2 məktəb əsaslı təmir olunub. İslam Rzayev bildirdi ki, Azərbaycan dövləti ümumi təhsilin inkişaf etdirilməsi, məktəblərimizin sözün əsl mənasında bilik, savad mərkəzinə çevrilməsi üçün lazımi tədbirlər görür. Bütün bunlar  uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkil olunmasına, onların sağlamlığının qorunmasına imkan yaradır.
   Sonda İslam Rzayev belə bir əlamətdar hadisə-yeni məktəb binasının açılışı münasibətilə pedaqoji kollektivi, şagirdləri, valideynləri, təbrik edib, bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulayıb.
   "İlk zəng"in səslənməsi ilə yeni dərs ilinə başlanılıb.

Keçidlər