Balakəndə əsaslı təmir olunan bağça istifadəyə verilib.
21 sentyabr 2017-cı il tarixdə Balakən rayon Qazma kənd 2 saylı körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən RİH-nin başçısı İslam Rzayev bağçanın istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edərək bildirib ki, indiyədək təmir edilməyən körplər evi-uşaq bağçası bu il əsaslı təmir olunub. Burada uşaqların təlim və tərbiyəsi ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. İslam Rzayev qeyd edib ki, bu gün ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın uşaqlara xüsusi diqqət göstərməsi ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı və məntiqi nəticəsidir.
Əsaslı təmir olunan, müasir tələblərə cavab verən bu binada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb, otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.
Sonda qonaqlar burada körpələr üçün yaradılan şəraitlə tanış olublar.