Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Qafqazda Beynəlxalq CARE təşkilatının Gürcüstan Respublikasının Laqodexi rayonu ərazisində “Kənd ərazilərinin inkişafı layihəsi”nin təqdimat mərasimi keçirilib.

27 sentyabr 2017 | 16:00

   Balakəndə Qafqazda Beynəlxalq CARE  təşkilatının Gürcüstan Respublikasının Laqodexi rayonu ərazisində “Kənd ərazilərinin inkişafı layihəsi”nin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində  Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Gürcüstan Respublikasından Laqodexi rayon bələdiyyəsinin sədrinin başçılıq etdiyi 19 nəfərdən ibarət nümayəndə heyəti, icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər iştirak ediblər.
   Təqdimat mərasimində giriş sözü ilə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev son illər respublikamızda, o cümlədən Balakən rayonunda görülən işlərdən, həyata keçirilən tədbirlərdən, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib. Qeyd olunub ki, Balakən aqrar rayondur, əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Rayonda qarğıdalıçılıq, taxılçılıq, tütünçülük, baramaçılıq, tərəvəzçillik və heyvandarlıq inkişaf etmişdir. Ölkə başçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət respublikamızın hər bir bölgəsində olduğu kimi Balakən rayonunda da artıq öz bəhrəsini verməkdədir. Ölkə başçısının tapşırığına əsasən rayonda kənd təsərrüfatının, o cümlədən qarğıdaçılığın, tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi sahəsində mühüm işlər görülür, rayonun mövcud iqtisadi potensialından və əmək ehtiyatlarından maksimum istifadə olunur.
   Tədbirdə çıxış edən Laqodexi Bələdiyyəsinin sədri Karlo Camburiya isti qarşılanmaya və göstərilən diqqətə görə rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.
   Layihənin meneceri Cumber Maruaşivili  layihə və təşkilatın gördüyü işlər haqqında tədbir iştirakçılarına məlumat verib.

Keçidlər