Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Ümumdünya Turizm Günü ilə əlaqədar tədbir keçirilib.

27 sentyabr 2017 | 16:00

   Balakən rayon Mədəniyyət Mərkəzində Ümumdünya Turizm Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayonda qonaq olan Gürcüstan Respublikasından Laqodexi rayon bələdiyyəsinin sədrinin başçılıq etdiyi 19 nəfərdən ibarət nümayəndə heyəti, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə Balakən rayonuna xas olan sənətkarlıq nümunələri, əl işləri, rəsm əsərləri və şəfalı bitkilər nümayiş olunub.
   Tədbirdə qeyd olunub ki, 1980-ci ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatı yanında fəaliyyət göstərən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının qərarı ilə hər il sentyabrın 27-si “Ümumdünya Turizm Günü” kimi qeyd olunur. 2001-ci ildən ölkəmizdə də Ümumdünya Turizm Günü qeyd olunmağa başlayıb.
   Bu gün Azərbaycanda turizmin inkişafı üçün böyük işlər görülür. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamızda turizm sahəsi böyük uğurlar qazanır və inkişaf edir.
   Bildirilib ki, Balakən rayonu müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir. Ekoturizm, tarix və mədəniyyət, inanc və s. turizm növləri üçün geniş potensial vardır.  Qonşu iki ölkə ilə sərhəddə olan Balakən rayonunun malik olduğu turizm potensialı onu yaxın gələcəkdə transsərhəd turizm marşrutlarının mərkəzi ola biləcəyini söyləməyə əsas verir. 
   Tədbirdə folklor kollektivlərinin və mədəniyyət işçilərinin çıxışları tamaşaçıların marağına səbəb olub.

Keçidlər