Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Müstəqillik günü qeyd olunub.

19 oktyabr 2017 | 16:00

   Balakən rayonu  Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26 illiyi təntənəli surətdə qeyd edilib. Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə əvvəlcə iştirakçılar foyedə yaradılmış kitab sərgisi ilə tanış olublar. Tədbir boyu  qonaqlar rayon mədəniyyət işçiləri tərəfindən  vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnıları dinləyib, mövzu ilə bağlı  video çarx izləyiblər.

Keçidlər