Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək Balakən məktəbliləri ilə görüş keçirilib.

16 noyabr 2017 | 16:00

   Noyabrın 15-də Balakən rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon məktəbliləri ilə görüş keçirilib.
   Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tədbirdə çıxış edərək məktəblilərə ölkəmizin iqtisadi və siyasi qüdrətindən danışıb, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin daha da möhkəmləndiyini, ölkəmizin sabitlik və davamlı inkişaf diyarına çevrildiyini bildirib. Qeyd edib ki, iqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə yüksəlib. Regionda heç bir iri layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, bu günlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi və digər əhəmiyyətli tədbirlər bunun bariz nümunəsidir.
   İslam Rzayev Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafına göstərdikləri diqqət və qayğıdan danışıb. O, gənclərin tərbiyəsi, onların savadlı, vətənpərvər böyümələrindən də bəhs edərək 2016-cı ilin aprel döyüşlərində ordumuzun uğurları, “Böyük qayıdış”ın ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması barədə söhbət açıb.
   Diqqətə çatdırılıb ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur-aksiyaların əhəmiyyəti çox böyükdür.
   Tədbirdə çıxış edən ziyalılar, tur-aksiya iştirakçıları və onların valideynləri bu önəmli layihəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər