Gənclərlə görüş keçirilmişdir
2 fevral 2013-cü il tarixdə “Gənclər evi”ndə, rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayevin gənclərlə görüşü keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı ölkəmizdə, eləcədə rayonumuzda gənclər siyasəti sahəsində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən geniş söhbət açmış, tədbirdə iştirak edən gənclərin təklifləri və problemləri dinlənilmişdir.
Sonra “2 fevral-Gənclər günü” münasibətilə “Nərmin” şadlıq sarayında “Gələcək Gənclərindir” adlı bədii-əyləncəli tədbir keçirilmişdir. Tədbir şer kompozisiyası ilə başlamış, qonaqların təbriki, həvəskar rəqs qruplarının və müxtəlif müsabiqələrdə iştirak etmiş istedadlı gənclərin ifaları ilə davam etmişdir. “Gənclər günü” münasibətilə rayonun ictimai siyasi həyatında fəal iştirak edən gənclər və rayonumuzda yerləşən hərbi hissələrdə nümunəvi xidmət aparan hərbiçilər Gənclər və İdman idarəsi tərəfindən hədiyyələrlə mükafatlandırılmışlar. Tədbirdə 200 nəfər iştirak etmişdir.