Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Beynəlxalq Əlillər Günü qeyd olunub.

01 dekabr 2017 | 16:00

   Balakəndə  3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.Tədbirdə əlil şəxslər və onlara xidmət göstərən təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
   Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev əlillərin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, dövlətimiz tərəfindən əlillərin problemlərinin həlli üçün bütün zəruri tədbirlər həyata keçirilir. Əlillərin rifahının, mənzil–məişət şəraitinin yaxşılaşdırılması, onların müalicəsi, gündəlik məişət problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir.
   Bayram tədbirində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  rayon şöbəsinin müdiri Hüseyn Razıyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının sədri Cavanşir İsmayılov  ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
   Tədbirdə rayon mədəniyyət işçilərinin ifasında səsləndirilən mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Keçidlər