Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın Gənclər Paytaxtı” Balakəndə “Respublika Gənclər Debat Forumu: Payız-2017” layihəsinə yekun vurulub.

07 dekabr 2017 | 16:00

  Dekabrın 5-də 2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilən Balakən rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Respublika Gənclər Debat Forumu: Payız-2017” layihəsinə yekun vurulub. Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlər “Gənc sahibkarların inkişafında dövlət dəstəyinin rolu” mövzusuna həsr olunub.
   Balakən rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ələkbər Mustafayev və gənclər iştirak ediblər.
   Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, çıxışlar olub. Bildirilib ki, Respublika Gənclər Debat Forumunun (RGDF) məqsədi gənclər arasında natiqlik qabiliyyətini inkişaf etdirmək, onların qərarvermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir. Forumun vəzifələrinə, həmçinin gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllülük hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.
   Daha sonra debat forumunun final mərhələsi keçirilib. Finalda Bakının “Propaqanda” və Gəncənin “Pobeda” komandaları qarşılaşıblar. Yekunda “Propaqanda” komandası forumun qalibi adını qazanıb.
   Tədbirin sonunda forumun ən yaxşı 10 natiqi, finalçı komanda və ən yaxşı hakimlər mükafatlandırılıb.

Keçidlər