Balakəndə tütün şitilləri yetişdirmək üçün indiyədək 500-dək sadə istixana yaradılıb.
Balakən rayonunda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanmasına başlanılıb və indiyədək 500-dək istixana yaradılıb. Cari ilin yanvar ayının axırına hər bir təsərrüfatçıya məhsuldar toxumlar paylanılacaq.
İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək. Sadə istixanaların yaradılması davam etdirilir.
Xatırladaq ki, uzun fasilədən sonra 2016-cı ildə Balakən rayonunda yenidən tütün yetişdirilməsinə başlanılıb. Həmin il rayonun fermerləri 501 hektar sahədən 211 ton quru tütün əldə ediblər. 2017-ci ildə isə rayonda tütün əkini sahələri 27 hektar genişləndirilərək 528 hektara çatdırılıb. Ötən il balakənli fermerlər 317,4 ton quru tütün istehsal ediblər. Məhsul istehsalı əvvəlki illə müqayisədə 106,4 ton artıb.