Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

18 yanvar 2018 | 16:00

   Yap Balakən rayon təşkilatının inzibati binasında 20 yanvar  faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım günü tədbiri keçirilib. Balakən rayon İcra Hakimiyyəti və YAP Balakən rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   RİHB-nın I müavini, Yap Balakən rayon təşkilatının sədri Azad Balayev tədbiri giriş sözü ilə açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanın getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi qətliamdan bəhs edib. A.Balayev  vurğulayıb ki, faciənin sabahı günü – 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı keçirdiyi bu dəhşəti kəskin şəkildə pisləyərək bəyənatla çıxış etməsi böyük cəsarət hissinin, öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin nümunəsi idi.
   Daha sonra tədbirdə RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aqil Bağırov məruzə ilə çıxıs edib. Məruzə ətrafında çıxış edənlər Rəhim Tağıyev – 1 saylı peşə məktəbinin direktoru,  Xəlifə Mirəliyev – rayon tarix-diyarşünaslıq muzeyinin direktoru, Cavanşir Alqayev – RTŞ-nin müdir əvəzi, Zuleyxa Dibirova – şəhər 2 saylı körpələr-evi uşaq bağçasının müdiri, Tale Şahverdiyev – Gənclər evinin direktoru,  Elvin Əliyev – Nizami adına şəhər 1 saylı tam orta məktəbinin tarix müəllimi 20 yanvar faciəsi haqqında danışaraq vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildiriblər.

Keçidlər