Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 20 Yanvar faciəsi qurbanları yad edilib.

20 yanvar 2018 | 16:00

   Bu gün Balakən rayonunda 20 Yanvar  faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. İctimaiyyət nümayəndələri və minlərlə rayon sakini “Şəhidlər xiyabanı”na gələrək şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin abidəsi önündə tər qərənfillər qoyulub və 12:00-da respublikamızın hər yerində olduğu kimi Balakən rayonunda da şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edilib. Daha sonra Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil olunub və ədəbi – bədii kompazisiya nümayiş etdirilib.

Keçidlər