Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək”.

23 yanvar 2018 | 16:00

   23 yanvar 2018-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Balakən şəhər Zərifə Əliyeva adına 3 saylı tam orta məktəbdə “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Balakən rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Zaur Solxayev, Balakən rayon Gənclər və İdman idarəsinin əməkdaşı Nurlan Şibliyev Balakən rayon Polis Şöbəsinin əməkdaşı Ədil Bayramov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
   Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə Zamanova narkomaniyaynın insanların sağlamlığı üçün zərərli olmasından danışmış, məktəblilərə bu zərərli vərdişlərdən kənar durmalarını tövsiyə etmişdir.
   Balakən rayon Polis Şöbəsinin əməkdaşı Ədil Bayramov məruzəsində narkomaniyadan əziyyət çəkən gənclərin və ailələrin acınacaqlı talelərindən danışaraq narkotikin yaratdığı xəstəliklərə qarşı hamının mübarizədə həmfikir olmalarını diqqətə çatdırmışdır.
   Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə məktəblilərə xitab edərək narkomaniyanın XXI əsr üçün bəla olması barədə məlumat vermişdir. O, dini radikalizmin zərərlərini və radikal qrupların fəaliyyətinin müstəqil dövlətçiliyimizə təhdid olmasını qeyd etmiş, bununla belə gənclərin zərərli, yad dini vərdişlərdən uzaq olmaları barədə tövsiyyələr vermişdir.
   Balakən rayon Gənclər və İdman idarəsinin əməkdaşı Nurlan Şibliyev də mövzu ətrafında çıxış etmiş, məktəbliləri zərərli vərdişlərdən uzaq durmalarını və eləcə də həmin zonada gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilindən danışmışdır.
   Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər