Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Gənclər Günü qeyd edilib.

02 fevral 2018 | 16:00

  Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "2 Fevral-Gənclər Günü" münasibəti ilə tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayev, RİHB-nın müavini Nəzakət Rüstəmova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov və rayonun aktiv gəncləri  iştirak ediblər.

   Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra rayon gənclərinin uğurlarını əks etdirən sərgiyə və videoçarxa baxış keçirilib.
   Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə məruzə ilə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov 2017-ci ildə Balakən rayonunun Respublikanın “Gənclər Paytaxtı” elan edilməsi ilə əlaqədar görülmüş işlər və rayon gənclərinin əldə etdiyi uğurlar haqqında geniş məlumat verib.
   Tədbirdə “Balakən Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev, müəssisənin metodisti Fuad Mikayılov, Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin uşaq birliyi rəhbəri Pərvanə Qurbanova, “Balakən Gənclər evi” sosial xidmət müəssisəsinin psixoloqu Könül Rüstəmova, Gənclər və İdman İdarəsinin könüllüsü Leyla Hacıyeva çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, gənclərə göstərilən diqqət və qayğıdan bəhs ediblər.
   Tədbirdə yekun nitqlə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Gənclər Günü münasibətilə gəncləri təbrik edib və gənclərin kökünə, əcdadına bağlı milli-mənəvi dəyərlərinə sadiq və tükənməz güc olduğunu və bu gün dövlətimizin gənclərin gücünə inandığını qeyd edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyinə daim böyük diqqət yetirib. Dahi rəhbərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu Öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan gənclərinin müasir tələblərə cavab verən, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşması üçün çalışıb. Gənclərə öz tövsiyyələrini verən İslam Rzayev bildirib ki, bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması ölkə başçısının düşünülmüş siyasətinin nəticəsidir. Dövlətimizin başçısının uzaqgörənliklə reallaşdırdığı bu siyasətin həyata keçirilməsində gənclərin də üzərinə mühüm vəzifələr düşür.
   Tədbirin sonunda il ərzində fəallığı ilə fərqlənən gənclər fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Keçidlər