Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilib.

17 fevral 2018 | 16:00

   Fevralın 17-də  Balakən rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  şəhərin Heydər Əliyev prospektində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilib. Həftənin şənbə və bazar günləri təşkil olunacaq yarmarkaya səhər saat 10-da start verilib.  Yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara 35 adda müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib. Məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılıb. Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımının qarşısını almaqdır.
   Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və icra hakimiyyətinin məsul işçiləri satış-yarmarkaya gələrək məhsulların keyfiyyəti və qiyməti ilə maraqlanıblar.
   Rayon sakinləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

Keçidlər