Şriftin ölçüsü :

Saytın rəngi :

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar tədbir keçirilib

03 mart 2023 | 17:41

Bu gün Balakən Rayon İcra Hakimiyyətində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Bildirib ki, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib.

Rayon rəhbəri bildirib ki, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov və digər çıxış edən idmançılar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Sonda rayonda idmanın inkişafında xüsusi rolu olan bir qrup şəxsə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

 

Keçidlər