Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsaqqallar şurasının hesabat seçki yığıncağı keçirilmişdir

06 fevral 2013 | 16:00

04 fevral 2013-cü il tarixdə “Qubek” otelində Balakən rayon Ağsaqqallar şurasının hesabat-seçki yığıncağı keçirilmişdir. Yığıncaqda rayon Ağsaqqallar şurasının sədri Rəşid Musayev hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzə ətrafında çıxış edən ağsaqqallardan şəhər sakini Fuad Səlimov Şambul kənd ağsaqqallar şurasının sədri Maqsud Bazarov, Katex kənd ağsaqqallar şurasının sədri İbrahimxəlil Mikayılov, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev, şair Ramazan Xutra ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə yaşayıb istədiklərini fəxrlə qeyd edərək, indi də onun siyasi kursunun ləyaqətlə davam etdirən ölkə prezidenti İlham Əliyevin respublikanın inkişaf üçün gördüyü işləri ürəkdən bəyəndiklərini qeyd etdilər.
Konfransda çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev cəmiyyətdə nüfuz sahibi olan ağsaqqala həmişə hörmət və ehtiramla yanaşıldığını vurğulayaraq qeyd etdi ki, həm rayon icra hakimiyyətində həm də yerlərdə keçirilən səyyar qəbullar zamanı həmişə ağsaqqalların təklif və məsləhətlərinə diqqətlə fikir verilir. Indidən sonra da gənclərin vətənpərvərlik tərbiyəsində adət və ənənələrə əməl edilməsində milli və mənəvi dəyərlərin qorunub saxlanılmasında ağsaqqalların zəngin təcrübəsindən səmərəli istifadə olunmalıdır.
Yığıncaqda növbəti müddətdə rayon ağsaqqallar şurasının sədri seçilən Rəşid Musayev Respublika Ağsaqqallar Şurasının VI qurultayına nümayəndə seçilmişdir.
Konfransın sonunda Azərbaycan Respublikanın Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
 

Keçidlər