Faşizm üzərində qələbənin 73-cü ildönümü qeyd olunub.
9 may 2018-ci il tarixində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə Balakən rayonu Katex kəndində 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış “Ana abidəsi” qarşısında müharibəsi veteranlarının iştirakı ilə gülqoyma mərasimi keçirilmişdir. Mərasimdə Balakən rayon İcra Hakimiyyəti başçısı İslam Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən Rayon İdarəsinin əməkdaşları, Böyük Vətən müharibəsinin iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
Balakən rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr verilmiş, səhhəti və qocalığı ilə əlaqədar tədbirdə iştirak etməyən Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərə baş çəkilmişdir. Tədbirdə “Fədai” və “Vətənpərvərlik işində xidmətlərinə görə” medalları ilə təltif edilmiş 10 nəfər Qarabağ Müharibəsi əlilinə medallar təqdim edilmişdir.
Sonda xatirə şəkilləri çəkilmişdir.