15 may-Beynəlxalq Ailə Günüdür.
15 may 2018-ci il tarixində Balakən rayonunda bir sıra silsilə tədbirlər keçirilmişdir. Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti xətti ilə “Beynəlxalq ailə günü”nə həsr edilmiş dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, hüquq şöbəsininin nümayəndələri, ümumtəhsil məktəblərinin təşkilatçı müavinləri, məktəb psixoloqları, hüquq-mühafizə orqanının nümayəndəsi, mədəniyyət mərkəzinin, tarix-diyarşünaslıq muzeyinin, gənclər evinin, mərkəzi kitabxana sisteminin nümayəndələri iştirak etmişdir.
“Bu gün: ailələr və adət-ənənələr” mövzusunda, eləcə də digər mövzular ətrafında maraqlı diskussiya və müzakirələr aparılmışdır.
23 may 2018-ci il tarixində Qubada keçiriləcək “Beynəlxalq ailə günü”nə dəvət almış Qasımovlar ailəsi də tədbirdə iştirak etmişdir.
Bunlarla yanaşı tədbirdə Azərbaycan şair və yazıçılarının ailə münasibətləri və ailə dəyərləri ilə bağlı qələmə aldığı əsərlərindən hissələr səsləndirilmişdir.
Heydər Əliyev Mərkəzində il ərzində bağlanmış təntənəli nikahların fotolarından ibarət sərgi maraqla qarşılanmışdır.
“Beynəlxalq ailə günü” Balakən rayonunda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının iştirakı ilə “Anamı, Vətənimi tərənnüm edirəm” devizi altında keçirilən asfalt üzərində rəsm müsabiqəsi ilə də yadda qaldı. Qalib gələn uşaqlar diplomlarla və fəxri fərmanlarla təltif olundular.