Balakən rayonunda 227 ailə ipəkqurdu bəsləyir.
Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Balakəndə uğurla icra olunur.
2017-ci ildə baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə 115 istehsalçıya 250 qutu ipəkqurdu paylanılmaqla 11,0 ton barama istehsal olunmuşdur. Baramaçılığın yem bazasının yaxşılaşdırılması istiqamətində 131,5 min ədəd tut tinglərinin əkilməsi təmin olunmuşdur ki, onlardan 80 min ədədi Çin Xalq Respublikasından gətirilən tinglərdir.
Dövlətin bu sahənin inkişafına göstərdiyi qayğı və məhsulun hər kiloqramı üçün verilən əlavə subsidiya rayonda bu sahəyə olan marağı artırmışdır. Nəticədə 2017-ci ilə nisbətən 2,3 dəfə artıq 572 qutu ipəkqurdu toxumu paylanılmışdır. Rayonda bu ənənəvi sahənin yenidən dirçəldilməsi əhalinin məşğulluğuna da müsbət təsir göstərmişdir. 900 nəfərə yaxın kənd əhalisi işlə təmin olunmuşdur. Cari ilin yazlıq əkinində baramaçılığın yem bazasını daha da möhkəmləndirmək məqsədilə əlavə olaraq 8 min tut tingi əkilmişdir.