“Xocalı Soyqırımı”nın 21-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir
20-23 fevral tarixlərində Şahmat məktəbində “Xocalı soyqırımı” nın 21-ci ildönümünə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilmişdir. Yarışda 45 yeniyetmə və gənc iştirak etmişdir. Qalib gələn idmançılar diplomlarla təltif olunmuşdur.
23-24 fevral tarixlərində olimpiya idman kompleksində “Xocalı soyqırımı”nın 21-ci ildönümünə həsr edilmiş sərbəst güləş üzrə rayon turniri keçirilmişdir. Yarışda 10 çəki dərəcəsində 71 idmançı mübarizə aparmış, qalib gələn idmançılar diplomlarla mükafatlandırılmışdır.
25 fevral 2013-cü il tarixdə “Gənclər evi”ndə “Xocalı faciəsi”nin 21-ci ildönümü ilə bağlı gənclərlə görüş təşkil olunmuşdur. Görüşdə rayonun aktiv gəncləri, idmançılar iştirak etmişdir. Tədbirdə RİH başçısının müavini N.Rüstəmova, gənclərdən S.Mustafayev, E.Əliyev, S.Hacıyev çıxış edərək baş vermiş Soyqırım barədə tədbir iştirakçılarını bir daha məlumatlandırmış, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılmışdır. Sonda rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı ədəbi kompozisiya təqdim olunmuşdur.
25 fevral 2013-cü ildə Heydər Əliyev Mərkəzində “Xocalı faciəsi insanlığa qarşı cinayətdir” adlı dəyirmi masa ilə keçirilmişdir. Həmin tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər iştirak etmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev açaraq ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən bu faciənin XXI əsrdə baş vermiş soyqırım hadisələrinin ən dəhşətlisi olduğunu qeyd etmişdir. Tədbirdə çıxış edən natiqlər Xocalı faciəsinin xalqımızın qəlbində yaddaşlardan silinməyəcək dərin yaralar qoyduğunu bildirmiş, bu gün erməni vəhşiliklərinin ifşa olunmasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik maraqlarının qorunmasında ideoloji təbliğatın prioritet kimi daim ölkə rəhbərliyi tərəfindən diqqətdə saxlandığına toxunmuşlar. Bir çox dünya dövlətlərinin bu faciəni soyqırım kimi tanıması və eyni zamanda Ağ evin rəsmi saytında yer alan “Biz xalqıq” bölməsində yerləşdirilmiş petisiya Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması məqsədilə imza toplanmasının da ölkəmizin bu istiqamətdə uğurlu addımlarından olduğu vurğulanmışdır.
“Xocalı Soyqırımı”nın 21-ci ildönümü ilə bağlı silsilə tədbirlər rayon ümumtəhsil müəssisələrində, kitabxanalarda, mədəniyyət klublarında qeyd olunmuş inşa, şer və rəsm müsabiqələri keçirilmişdir.