Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 1 İyun-Uşaqların Beynəlxalq Müdafisəi günü ilə bağlı tədbir keçirilib.

07 iyun 2018 | 16:00

   Balakən rayon Mədəniyyət Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı "Uşaqların nağıl dünyası" adlı tədbir keçirilib.
   Tədbirdə Balakən rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Nəzakət Rüstəmova, rayon Təhsil Şöbəsinin müdiri Vahid Əliyev, rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin kollektivləri iştirak ediblər.
   Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyəti başçısının müavini N.Rüstəmova uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. O, həmçinin Azərbaycanda dövlətin uşaqlara qayğısından, uşaqlarla bağlı Azərbaycan prezidentinin, o cümlədən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi layihələrdən söz açıb.
   Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı hazırlamış "Uşaqların nağıl dünyası" adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

Keçidlər