Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun: Azərbaycanın müasir tarixinin dönüş anı.

13 iyun 2018 | 16:00

   Balakəndə 15 İyun – Milli Qurtuluş Günü böyük sevinc və təntənə ilə qeyd olundu. İyunun 13-də rayon icra hakimiyyətinin aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.
   Daha sonra Mədəniyyət Mərkəzində 15 İyun-Milli Qurtuluş günü ilə əlaqədar konfrans keçirildi.
   Konfransda  məruzə ilə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə möhtəşəm qayıdışı Azərbaycan tarixində həlledici rol oynadı. Heydər Əliyev öz dönüşü ilə dövlətimizi və xalqımızı xilas etdi. Ulu Öndər həyatının ən böyük missiyasını yerinə yetirmiş oldu. Həmin tarixi qayıdış olmasaydı, bəlkə bugünki Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı etibarlı şəkildə alındı.
   Ulu öndər Heydər Əliyev ölkəmizdə dövlətin yaşaması, mövcudluğu üçün çox  zəruri olan idarəçilik məktəbi yaratdı. Bu məktəbin ən kamil yetirməsi cənab İlham Əliyev bu gün xalqın məhəbbətini qazanıb. İslam Rzayev qeyd etdi ki, İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət respublikamızın hər bir bölgəsində olduğu kimi Balakən rayonunda da artıq öz bəhrəsini verməkdədir. Ölkə başçısının tapşırığına əsasən rayonda kənd təsərrüfatının, o cümlədən qarğıdaçılığın, tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi əhalinin məşğulluq səviyyəsinin və maddi rifah halının yüksəldilməsinə öz təsirini göstərir, rayonun mövcud iqtisadi potensialından və əmək ehtiyatlarından maksimum istifadə olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın, xüsusilə aqrar sektorun inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqları Balakən rayonunda uğurla icra edilir.
   Konfransdan sonra Gəncə Dövlət Dram Teatrının ifasında Aydın Murovdağlının əsəri əsasında səhnələşdirilən ulu öndər Heydər Əliyevə həsr olunan  “Alın yazısı” tamaşası nümayiş olunub.

 

Keçidlər