Balakəndə Milli Ordunun 100 illiyi yüksək səviyyədə qeyd olunub.
Azərbaycanın hər yerində olduğu kimi, Balakəndə də Milli Ordunun 100 illiyi yüksək səviyyədə qeyd olunub.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əlyevin adını daşıyan parkda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Daha sonra "Bayraq muzeyi"ndə davam etdirilən tədbirdə icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, əlillər, şəhid ailələrinin nümayəndələri iştirak ediblər. RİH başçısının birinci müavini Azad Balayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin rəisi, polkovnik-leytenant Sadiq İsmayılov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, Dövlətimiz tərəfindən Milli Orduya göstərilən diqqət və qayğıdan danışıblar.
Tədbirin sonunda 26 İyun-Silahlı Qüvvələr günü ilə əlaqədar Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “FƏDAİ” medalı ilə təltif olunan Qarabağ müharibəsi əlillərinə medalları təqdim olunub.