Balakənli fermerlər bu il 535 hektar sahədə tütün yetişdirirlər.
Bu il Balakən rayonunun təsərrüfatlarında 535 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 475 hektar sahədə "Virciniya" və 4 hektarda "Berley" növlü ətirli, 56 hektar sahədə isə yerli tütün sortları yetişdirirlər. Artıq rayonun bəzi kəndlərində "İmunniy" növlü yerli tütün sortunun yığımına başlanılıb.
Rayonda ilk olaraq tütün yığımı Mahamalar kəndindən olan fermer Aypara Dadayevanın, Qazma kəndindən İlqar Vəliyev, Səbinə Hacıyevanın təsərrüfatlarında aparılıb. Ətirli tütün sortlarının yığımına isə iyul ayının əvvəllərində başlanılacaq.
Xatırladaq ki, iyirmi illik fasilədən sonra 2016-cı ildə Balakən rayonunda yenidən tütün yetişdirilməsinə başlanılıb. Ötən il rayonda 528 hektar sahədə tütün əkilib, 317,4 ton quru tütün istehsal olunub.