Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda əsaslı təmir olunan uşaq bağçasına baxış keçirilib

20 iyul 2018 | 16:00

Bu gün  dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə Azərbaycanın gələcəyi olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Respublikamızda yüzlərlə uşaq bağçası və körpələr evlərinin tikilməsi, bir çoxunun isə yenidən bərpası ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar yaradıb.
Son illər Balakən rayonunda mövcud olan 25 uşaq bağçası-körpələr evindən 5-i yenidən inşa olunub, 3-ü isə əsaslı təmir edilib.
Bu gün isə 6 qruplu 110 yerlik Qullar kənd uşaq bağçası-körpələr evinin dövlət vəsaiti hesabına əsaslı təmir olunan tədris korpusuna baxış keçirilib. Əsaslı təmir olunan uşaq bağçasında uşaqların yaşaması, ilkin biliklərə yiyələnmələri, əylənmələri üçün hər cür şərait yaradılıb. Bağçada yataq və məşğələ otaqları tamamilə yenilənib və müasir avadanlıqlarla təmin olunub. Mətbəx və yeni inşa olunan sanitar qovşağa isti su verilib. İçməli su ehtiyatı üçün 5 tonluq çən quraşdırılıb. Bağçanın həyətində abadlıq işləri aparılıb.

Keçidlər