Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Milli Mətbuat Günü qeyd olunub

22 iyul 2018 | 16:00

Balakən rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar görüş keçirilib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev əvvəlcə Milli Mətbuat Günü münasibətilə “Balakən”qəzetinin kollektivini və rayonda fəaliyyət göstərən KİV nümayəndələrini təbrik edib. Rayon rəhbəri son illər ərzində Balakən rayonunda görülən abadlıq-quruculuq işlərindən və hazırda rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bugün ölkədə azad, demokratik və güclü mətbuat vardır. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Daha sonra “Xalq” qəzetinin bölgə müxbiri İlqar Həsənov, “Balakən” qəzetinin baş redaktoru Mürsəl Bayramov və “Balakən” qəzetinin məsul katibi Zeynəddin Həsənli çıxış ediblər. Çıxışlarda bundan sonra da “Balakən”in səhifələrində ölkəmizin, eləcə də rayonumuzun sosial-iqtisadi həyatında baş verən hadisələrin obyektiv işıqlandırılacağı qeyd olunmaqla mətbuata göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlıq bildirilib.

Sonda Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev “Balakən” qəzeti ilə bağlı müvafiq tövsiyyə və tapşırıqlarını verib.

Keçidlər